Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Ford" markalı orta tonnajlı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq kənardakı elektrik dirəyinə çırpılıb.  
Qəza nəticəsində Şəmkir rayon sakinləri 1977-ci il təvəllüdlü V.Cəfərov və 1956-cı il təvəllüdlü Ə.Cəfərova xəsarət alıb.  
Xəstəxanaya yerləşdirilən hər iki zərərçəkənin vəziyyətləri orta-ağır qiymətləndirilir.  
Faktla bağlı araşdırma aparılır.  
Məqsəd Rəhimov Bizim.Media Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
							23:14 / 12.10.2022
							
						Şəmkirdə QƏZA - Yük maşını dirəyə çırpıldı
						
							
								Hazırda oxunan: Şəmkirdə QƏZA - Yük maşını dirəyə çırpıldı							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Şəmkirdə QƏZA - Yük maşını dirəyə çırpıldı							
						98968
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































