“Bu iki taksi xidmətini, “Bolt” və “Uber”-i Azərbaycandan qovmaq lazımdır”.
Bizim.Media xəbər verir ki, bu tələblə nəqliyyat eksperti Elməddin Muradlı çıxış edib.
Onun sözlərinə görə sözügedən taksi şirkətlərinin Azərbaycana ziyanı çoxdur:
“Söhbət iqtisadi inkişafdan, xarici investorların Azərbayacana cəlb edilmısindən gedirsə, “Uber” və “Bolt” taksi şirkətlərinin, eləcə də “Yango” və “Maxim”in bizim ölkəyə heç bir xeyri yoxdur. Azərbaycanda qazandıqları pulları aparıb xaricdə, bəzən də ermənilərin arasında yeyib keyf edirlər. Bi isə burada hər gün qəzaya baxırıq, sürücülər itin zülmünü çəkir, qəpik-quruşa taksi sürürlər. Bu şirkətlərin hamısı Azərbaycandan qovulmalıdır”.
Yerli şirkətlərin inkişaf etməsi vacibliyini önə çəkən ekspert vahid taksi xidmətinə başlamağın daha məqsədəuyğun olduğunu bildirib:
“Yerli vahid taksi xidmətinə başlanandan sonra “Bolt” və “Uber”i Azərbaycandan yox etmək lazımdır. Onlar bizim yerli şirkətləri məhv edib, hər gün bizə qəza yaşadırlar. Məhz onların sayəsində “Prius” kimi avtomobil modeli gözdən düşüb”, deyə ekspert əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:15 / 12.10.2022
“Bolt” və “Uber” Azərbaycandan QOVULSUN – Nəqliyyat ekspertindən TƏLƏB
Hazırda oxunan: “Bolt” və “Uber” Azərbaycandan QOVULSUN – Nəqliyyat ekspertindən TƏLƏB
Hazırda oxunan: “Bolt” və “Uber” Azərbaycandan QOVULSUN – Nəqliyyat ekspertindən TƏLƏB
98899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.