Ölkədə dərman qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ölkədə dərman qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

98807

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. 

"Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq, ölkəyə gətirə bilər. Və bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur.
O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir", - deyə əlavə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin