Sistemdən sağ qolu iflic olan körpə ilə bağlı xəstəxanadan AÇIQLAMA – “Uşaq evə sağlam yola salınıb”

Hazırda oxunan: Sistemdən sağ qolu iflic olan körpə ilə bağlı xəstəxanadan AÇIQLAMA – “Uşaq evə sağlam yola salınıb”

98805

Xəbər verildiyi kimi Tovuzda yeni doğulan körpəyə vurulan sistem onun sağ qolunu iflic edib.

Bu iddia ilə körpənin valideynlər çıxış edib və baş verən hadisəni həkim səhlənkarlığı kimi qiymətləndiriblər. Dediklərinə görə bir ay öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn oğlan uşağında həkimlər sarılıq simptomları olduğunu deyərək onun sağ qoluna sistem vurublar. Bir neçə gün sonra isə körpənin sağ qolunun işlək olmadığını görüblər.

Məsələ ilə bağlı Tovuz Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya açıqlama verilib:

“1992-ci il təvəllüdlü, 38-39 həftəlik hamilə 04.09.2022-ci il tarixində tibb müəssisəsinə yerləşdirilib.

Elə həmin gün qeysəriyyə əməliyyatı ilə çəkisi 3 500 qram, boyu 52 sm olan körpə dünyaya gəlib. Körpə doğularkən vəziyyəti kafi olub. 07.09.2022-ci il tarixində körpənin zəif qidalanması müşahidə edilib və ona əlavə sistemlər köçürülüb. Sistemlərdən sonra körpənin qidalanması bərpa olub və sağlam şəkildə 10.09.2022-ci il tarixində evə yola salınıb”, -deyə məlumatda qeyd olunub.

Alçina Amilqızı, Bizm.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin