"Ermənilərin şəhərlərimizə atdıqları raket zərbələri nəticəsində ən çox tələfat və dağıntı Gəncədə olub".
Bizim.Media xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, həmin dövrdə 3 ailə tamamilə məhv olub, 6 uşaq isə həlak olub:
“Biz bunların hamısını xatırlayırıq. Həmin dövrdə bunlara cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz döyüş meydanında irəliləyir, düşmənə layiqincə cavab verir, torpaqlarımızı işğaldan azad edirdi.
Ermənilər aciz duruma düşmüşdü. Bu səbəbdən bizim şəhərlərimizə raket zərbələri endirirdilər. Bu hadisələrlə bağlı Baş Prokurorluqda 3 cinayət işi qaldırılıb. Hadisəni törədən şəxslər müəyyən olunub. Hərbi-siyasi tapşırığı verənlər və icra edənlər isə tərəfimizdən axtarışa verilib”.
Bizim.Media