MSK üzvü Masallı DSK-dakı qanunsuzluqlardan danışdı- VİDEO

Hazırda oxunan: MSK üzvü Masallı DSK-dakı qanunsuzluqlardan danışdı- VİDEO

98725
Dünən, MSK da namizədliyi qeydə alınmayanların şikayətləri əsasında içlas keçirilib. 70 saylı Masallı seçki dairəsindən namizədliyini irəli sürmüş tanınmış siyasətçi,keçmiş siyasi məhbus Fikrət Cəfərlinin Masallı DSK nın qərəzli qərarı ilə bağlı şikayət ərizəsi MSK da komissiyasının üzvü Akif Qurbanov tərəfindən maraqlı faktları üzə çıxarıb. 

Belə ki, Fikrət Cəfərli bir neçə gün əvvəl Moderator.az -a açıqlamasında bildirmişdir ki,Masallı rayon icra hakimiyyətinin başçısı R.Hüseynov icra strukturları vasitəsi ilə seçicilərə təzyiqlər edir. Seçicilər əsasız olaraq evlərinin söküləcəyi,torpaq sahələrinin əllərindən alınacağı,hətta avtomobili olanlarının maşınlarına müxtəlif maddələr atılaraq həbs ediləcəkləri ilə hədələnirlər. Bütün bunlar MSK da keçirilən iclasda öz təsdiqini tapıb. 

MSK nın üzvü Akif Qurbanov iclasda namizədin qeydə alınmamasına öz iradını bildirərək qeyd edib ki,qərar əsasızdır. Araşdırma zamanı bəlli olub ki,seçici imzasının rayon icra strukturlarının təzyiqləri ilə ləğv olunduğu üçün Bakı şəhərinə gələrək 9 saylı notariusda öz imzasını təsdiq etmişdir. Lazım olan həmin sənədlər şikayət ərizəsi ilə MSK ya təqdim olunmuşdur. Hələ MSK nın araşdırılması aparılmadan həmin seçicinin vermiş olduğu təsdiqlənmiş imzası haqqda məlumat Masallı Dairə Seşki Komissiyasına ötürülmüşdür. Yerli icra strukturlarının özbaşnalığı nəticəsində həmin şəxsin özündən xəbərsiz Masallı rayonunda natariat qaydasında imzası təsdiqlənərək MSK ya göndərilmişdir. MSK komissiyasının üzvü iclasda bütün bunların qanunvericiliyə zidd olduğunu qeyd edərək 70 saylı Masallı seçki dairəsindən namizədliyini vermiş Fikrət Cəfərliyə qarşı qərəzli mövqe tutulduğunu və kobud şəkildə qanun pozuntusuna yol verildiyini bildirmişdir. Bütün bu faktlara baxmayaraq MSK Fikrət Cəfərlinin namizədliyini qeydə almamışdır. Tanınmış siyasətçi Fikrət Cəfərli bütün olanları Masallı icra hakimiyyəti başçısının MSK ilə əvvəlcədən planlaşdırdıqları kimi birgə işləmələrinin sübutu kimi dəyərləndirir və məhkəməyə müraciət edəcəyini bildirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin