“Dövlət vəsaitləri hədər yerə gedir” – DEPUTAT

Hazırda oxunan: “Dövlət vəsaitləri hədər yerə gedir” – DEPUTAT

98685

“Gəncədə yerləşən Aqrar Universitetin Baytarlıq-əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrinin iş tapmaqla bağlı problemləri var”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Etiraf edək ki, baytarlıq sahəsi üzrə əczaçılıq obyektlərinin sayı da çox deyil. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu tələbələrin təhsilinə dövlət büdcəsindən vəsait ayrılır.

Lakin onlar iş tapa bilmirlər və faktiki olaraq diplomları lazımsız duruma düşür. Bu, eyni zamanda dövlət vəsaitlərinin hədər olması deməkdir. Bu məsələ ilə bağlı zəruri addımların atılmasını vacib hesab edirəm”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin