Qüdrət Həsənquliyevdən tenderlərdəki qanun pozuntuları ilə bağlı SƏRT TƏNQİD  

Hazırda oxunan: Qüdrət Həsənquliyevdən tenderlərdəki qanun pozuntuları ilə bağlı SƏRT TƏNQİD  

98683

“150 minə qədər kiçik və orta sahibkara məsləhətlər vermək, yardım etmək bir dövlət qurumunun gücünün yetəcəyi məsələ deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.

“Əlbəttə, məsləhət mərkəzlərinin yaradılmasını yüksək qiymətləndirirəm. Lakin qanunlar deklarativ xarakter daşımamalıdır, mexanizmlər nəzərdə tutulmur.
Məsələn, korrupsiya ittihamı ilə həbslər olur, lakin korrupsiya azalmır. Çünki bu istiqamətdə mexanizm işləmir.

Digər tərəfədən, tenderlərin necə keçirildiyi də bizə bəllidir. Bir şirkət, iki digər şirkət yaradır, onlar tenderdə mübarizə aparır və həmin şirkətin özü qalib olur. Bir çox hallarda qanunlar hazırlanarkən Qərb standartları, reallıqlarından bəhs olunur. Lakin biz nəzərə almırıq ki, bizim reallıqlar Qərblə uyğun deyil.

Ona görə də, pis qanun daha yaxşıdır, nəinki yaxşı qanunun icra olunmaması. Məmurların da qanunları düzgün yerinə yetirməməsi çox pis presedent yaradır. Ona görə də bu məsələlərin nəzərə alınması vacibdir”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin