Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq.
Bizim.Media məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Bu Qanunun 5.1-ci maddəsinə əsasən müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5- ci maddəsinə uyğun olaraq həyata keçirilir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:21 / 11.10.2022
Sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq
Hazırda oxunan: Sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq
Hazırda oxunan: Sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq
98678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.