“Qrant haqqında” qanuna dəyişiklik edildi

Hazırda oxunan: “Qrant haqqında” qanuna dəyişiklik edildi

98669

“Qrant haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili tərəfindən təqdim edilib.

Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq qeyd olunub.
Həmçinin, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etmək olduğu da qeyd olunub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin