Rusiya XİN-dən Qarabağ danışıqları barədə AÇIQLAMA

Hazırda oxunan: Rusiya XİN-dən Qarabağ danışıqları barədə AÇIQLAMA

986

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada Qarabağa dair danışıqlar aparmağa hazır olduğunu alqışlayır.

Bizim.Media Rusiya KİV-lərinə  istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko məlumat verib.

"Biz Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin Rusiyaya gəlməyə hazır olmalarına dair müsahibələrini eşitdik. Onların sülh istəmələrini alqışlayırıq", - deyə Rudenko jurnalistlərə açıqlamasında bildirib.

XİN rəhbərinin müavini atəşi dayandırmaq və mülki əhalinin iztirablarına son qoymağın vacibliyini vurğulayıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov hazırda Moskvadadırlar. Oktyabrın 23-də isə onlar ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin