Qubadakı OVSUNÇU – Meteorit və ilandan sonra ŞAHİN QUŞUNU ram etdi – FOTO

Hazırda oxunan: Qubadakı OVSUNÇU – Meteorit və ilandan sonra ŞAHİN QUŞUNU ram etdi – FOTO

98593

Qubanın dağlıq Nütəh kəndinin 21 yaşlı sakini İftixar Əsgərov oxucularımıza yaxşı tanışdır.

Onun haqqında Bizim.Media bir neçə dəfə maraqlı material hazırlayıb. İftixar təbiət aşıqı və məcaraçılığı sevən gənclərimizdəndir. Həm də elə maraqlı hadisələr də ona tuş gəlir, elə bil əsil ovsunçudur.

Bir qədər əvvəl o öz bağ sahəsindən meteorit daşı tapmışdı və onu satışa çıxarmışdı. Ardınca isə gürzə ilanlarının nadir növü olan təlxə ilanı ilə bir məcara yaşamışdı. İlanı bəsləyərək sonra təbiətə buraxmışdı.
Bu dəfə isə İftixar yaralı şahin quşuna rast gəlib. Huşsuz vəziyyətdə tapdığı şahini evə gətirib ona qulluq etməyə, sağaltmağa başlayıb:

"Onu tutmaq üçün xeyli vaxt sərf etdim, hətta barmağıma caynağı ilə xəsarət də yetirdi. Amma fikir vermədim. Çətinliklə tutdum. Evə gətirib barmağımı spirtlə dezinfeksiya elədim və qulluq etməyə başladım".

Quba sakini deyir ki, bir həftə müddətində onu ətlə yemləyib:

“Yarasını yuyub təmizləyib sarıdım. Sonra onu yaxşıca yemləməyə başladım, çox güc itirmişdi. Şahin quşları da bilirsiniz ki, ət yeyən olurlar, bir həftə ona hər gün ət vermişəm. Artıq sağalıb, bir neçə günə onu yenidən adət etdiyi həyata, təbiətə buraxacağam".

İftixar deyir ki, ilk tanışlığı zamanı yaralı olmasına baxmayaraq şahin ona müqavimət göstərsə də indi ram olub, onun qayğısına mehriban reaksiya verir.
İftixar Əsgərov onu da deyir ki, Vətəni, torpağı sevdiyimiz kimi, ətraf mühitə, təbiətin canlılarını da o cür münasibət bəsləməyimiz lazımdır. Bu həm imandandır, həm də Vətən borcumuzun bir hissəsidir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin