Britaniya səfirindən ermənilərin Gəncə terroru ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: Britaniya səfirindən ermənilərin Gəncə terroru ilə bağlı PAYLAŞIM

98547

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviter hesabında Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

“Dünən Cənab Prezidentə dediyim kimi, iki il evvəl Gəncə şəhərinə dəhşətli raket hücumları zamanı həlak olanların hamısının ailələrinə başsağlığı vermək istərdim. Yanvar ayında öz gözlərimlə məhvi gördüm”.

 



Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin