Klubların dünya sıralaması müəyyənləşib.
Bizim.Media xəbər verir ki, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın bir klubu yer alır.
305 klubun qərarlaşdığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Ötən ay reytinqdə geriləyən “Qarabağ” bu dəfə yerində qalıb. Ağdam təmsilçisi aktivindəki 130,5 xalla 91-ci pillədədir.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Olimpiakos”da geriləmə müşahidə olunub. Yunanıstan təmsilçisi bir ay ərzində 63-cü yerdən 109-cu pilləyə düşüb.
Ondan fərqli “Frayburq” (126-cı yerdən 83-cü pilləyə) və “Nant” (151-ci yerdən 130-cu pilləyə) cədvəldə irəliləyib.
Reytinq cədvəlində lider dəyişməyib. Braziliya klubu “Palmeyras” (308 xal) zirvədəki yerini, Cənubi Amerika ölkəsinin digər təmsilçisi “Flamenqo” (301) isə ikinciliyini qoruyub. Yalnız İspaniya “Real”ı iki pillə irəliləyərək (280) 3-cülüyə qədər yüksəlib. İngiltərə klubları “Mançester Siti” 4-cü (272), “Liverpul” (271) isə 5-ci yerdədir.
İlk “10-luğ”da digər pillələrdə müvafiq olaraq “Çelsi” (İngiltərə), “Atletiko Paranaense” (Braziliya), “Reyncers (Şotlandiya), “Atletiko Mineyro” (Braziliya) və “İnter” (İtaliya) qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:28 / 10.10.2022
“Qarabağ”ın dünya reytinqində yeri açıqlandı
Hazırda oxunan: “Qarabağ”ın dünya reytinqində yeri açıqlandı
Hazırda oxunan: “Qarabağ”ın dünya reytinqində yeri açıqlandı
98375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.