Arvadını qətlə yetirən şəxs MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Arvadını qətlə yetirən şəxs MƏHKƏMƏ QARŞISINDA 

98357

04 iyun 2022-ci il tarixdə Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gəncə şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Gəncə şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış istintaqla, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Sabir Şabanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin