Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.
Bizim.Media “Sputnik Georgia” istinadən xəbər verir ki, bu barədə nazir “Facebook” səhifəsində yazıb.
Nazir hazırda vəziyyətinin yaxşı olduğunu, özünü evdə təcrid etdiyini deyib. Burada maraqlı məqam isə onun 23 yanvarda virusa yoluxan şəxslə təmasdan sonra, özünü təcrid etdiyi haqqında dediyi sözlər olub.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan XİN başçısı koronavirusa yoluxdu
Belə ki, Zalkaliani yanvarın 22-də Ermənistan xarici işlər naziri Ara Ayvazyanla onun Gürcüstana etdiyi qeyri-rəsmi səfəri çərçivəsində görüşüb. Onların görüşü təxminən 2 saatdan çox keçib. Daha sonra isə gürcü XİN başçısında COVİD-19 aşkarlanıb.
Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan isə bu gün İranın Xarici İşlər naziri Məhəmməd Zəriflə görüş keçirir.
Ermənistan tərəfi onun səhhətində heç bir problemin olmadığını deyir.
Vüsalə Balayeva, Bizim.Media