Oktyabrın 9-da Avstriyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksander Van der Bellen mütləq səs çoxluğu ilə qalib gəlib.
Bizim.Media xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 17.00-da bağlandıqdan az sonra seçkilərin ilkin nəticələri elan olunub.
İlkin nəticələrə görə, seçicilərin 54,6 faizi Van der Bellenin növbəti müddətə öz postunda qalmasına səs veriblər.
78 yaşlı dövlət başçısı seçkilərin ilk turunu uğurla keçdiyi üçün ikinci tura ehtiyac qalmayıb.
Avstriya Azadlıq Partiyasının (FPÖ) dəstəklədiyi Valter Rozenkrants seçkilərdə ikinci nəticəni göstərib.
Onun lehinə 18,4 faiz seçici səs verib. Digər namizədlərdən Tassilo Valentin 8,4 faiz, Dominik Vlazni 8,2 faiz, Qerald Qros 5,8 faiz, Mixael Brunner 2,2 faiz və Haynrix Ştaudinqer 1,6 faiz səs toplaya biliblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:30 / 09.10.2022
Aleksander Van der Bellen yenidən Avstriya prezidenti seçildi
Hazırda oxunan: Aleksander Van der Bellen yenidən Avstriya prezidenti seçildi
Hazırda oxunan: Aleksander Van der Bellen yenidən Avstriya prezidenti seçildi
98290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.