Ağdamda minaya düşərək xəsarət alan şəxslər Bakıya gətirilir

Hazırda oxunan: Ağdamda minaya düşərək xəsarət alan şəxslər Bakıya gətirilir

98251

Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan hər iki şəxs müalicə aldığı xəstəxanadan təcili tibbi yardım maşınları vasitəsilə Bakıya gətirilir.

Bizim.Media xəbər verir ki, oktyabrın 8-də Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan - 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu Bərdə Diaqnostika Mərkəzindən təcili tibbi yardım briqadasının həkimlərinin nəzarəti altında Bakıya, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilir.

Onların vəziyyəti orta-ağır olaraq qaldığı bildirilir.

Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində təmizlənməmiş ərazidə, müəyyən olunan marşrutdan kənarda baş verib. Report.az-ın məlumatına görə, hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin