Azərbaycan daha 31 erməni hərbçisinin cəsədinin qalıqlarını Ermənistana təhvil verib.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, meyitlər Füzuli ərazisindən tapılıb.
MÖVZU İLƏ BAĞLI:
Cəbrayıl və Suqovuşanda erməni meyitləri tapıldı
İlkin məlumatlara görə, bunlar ehtiyatda olan hərbi qulluqçuların meyitlərdir. Cəsədlərin kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Ümumilikdə, bu günə qədər 1318 nəfərin qalıqları tapılıb.
Bu gün axtarış işləri Xocavənd, Füzuli və Hadrut bölgələrində davam edəcək.
Bizim.Media