Jurnalistdən Polşa xalqına TÖVSİYƏ: “Elektrik enerjisinin pulunu ödəməmək üçün həbsə gedin”

Hazırda oxunan: Jurnalistdən Polşa xalqına TÖVSİYƏ: “Elektrik enerjisinin pulunu ödəməmək üçün həbsə gedin”

98226

Polşalı jurnalist Lukaş Orbitovski zarafatla Polşa xalqına artan elektrik haqqını ödəyə bilməmək üçün həbsxanaya getməyi tövsiyə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Onet.pl nəşri yayıb.

Jurnalist bildirib ki, o, Polşa islah müəssisələrindən birində ədəbiyyat müəllimi işləyir. Orbitovski dərslərin birində ölkədə qaz və elektrik enerjisinin bahalaşması probleminə toxunub.

Orbitovskinin sözlərinə görə, o, elektrik haqqını ödəməməyin yolunu tapıb.

"Biz dərhal həbsxanaya getməliyik" deyə o vurğulayıb.

Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski ölkəsini çətin qış qarşılaşacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin