“ƏDV-ni geri al” ətrafında MÜZAKİRƏ – Ləğv edilsin, yoxsa yanaşma dəyişsin?

Hazırda oxunan: “ƏDV-ni geri al” ətrafında MÜZAKİRƏ – Ləğv edilsin, yoxsa yanaşma dəyişsin?

98125

ƏDV-nin geri qaytarılmasında son vaxtlar ciddi problemlər yaranıb. Əksər ticarət mərkəzlərindəki kassalarda alıcıya ƏDV çeki verilmir. Çek tələb ediləndə isə müxtəlif bəhanələr gətirilir. 

Məsələn “Qayalı” supermarketlər şəbəkəsində ƏDV çeklərini çox zaman satıcılar alıcıya verməyi “unudur”.

Alıcı çek tələb edəndə isə onu digər kassaya yönləndirirlər. Bu isə əlavə vaxt itkisi yaradır. Əslində belə hallar ƏDV-nin geri qaytarılmasına əngəl yaratmaq üçün seçilmiş yollardan biridir. Bəzi marketlərdə isə alınan malların bəzilərinə ƏDV-nin şamil olunmadığını bəhanə edirlər.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya açıqlamasında son vaxtlar bu məsələ ilə bağlı quruma çoxsaylı müraciətlərin daxil olduğunu bildirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur


“Bu qanunvericiliyin pozulmasıdır. Bu istehlakçıların hüquqlarının pozulması deməkdir. Dövlətin apardığı sosial siyasətə zərbədir. Ticarət şəbəkəsinin sahibləri ƏDV-ni qaytarmamaqla hansısa miqdarda qazanc əldə etmək istəyirlər. Amma onlar unudurlar ki, bu hərəkətləri ilə ən çox özlərinə ziyan vururlar. Çünki, ƏDV çeki almayan vətəndaş ikinci dəfə həmin mağazaya üz tutmur. Bu da son nəticədə həmin ticarət obyektinin dövriyyəsini azaldır. Digər tərəfdən iş adamlarının bu qanunsuz hərəkətləri sosial narazılıq yaradır”.

Yada salaq ki, bir neçə il əvvəl başlayan bu layiənin əsas hədəfi istehlakçıları nağdzıs ödənişlərə təşviq etmək və onların sosial durumuna azacıq da olsa dəstək vermək idi.

İlkin mərhələdə ticarət şəbəkələrində ƏDV-nin qaytarılması normal getsə də hazırda bu sahədə ciddi narazılıqlar var. Ona görə də ƏDV haqqında hazırda cəmiyyətimizdə ciddi müzakirələr gedir. Bəzi ekspertlər ƏDV-nin azaldılmasını və yaxud ləğvini, bəziləri isə onu əvvəlki kimi dövlət büdcəsinə ünvanlanmasını təklif edirlər. 

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Bizim.Media-ya açıqlamsında ƏDV-nin ləğvinə və ya azaldılmasına müsbət yanaşmır.

İqtisadçı-ekspert təklif edir ki ƏDV-ni ləğv etmək yox, ondan əldə edilmiş vəsaitin yarısını dəstəyə ehtiyacı olan ailələlərə yönəltmək üçün bir mexanizm hazırlansa daha yaxşı olar:

“ƏDV-nin ləğv etmək əvəzinə, ƏDV-dən daxil olan həmin 100 manatın 50 manatını büdcəyə daxil etmək, digər 50 manatını isə aztəminatlı ailələrə yönəltmək olar. Belə olanda həm aztəminatlı insanlar əvvəlkindən daha çox dəstək almış, həm də büdcə yararlanmış olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin