“Mübariz Allahsızlar” Xaçmazda qədim evə niyə hücum ediblər? – Hadisənin TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: “Mübariz Allahsızlar” Xaçmazda qədim evə niyə hücum ediblər? – Hadisənin TƏFƏRRÜATI - VİDEO

98122

Xaçmazın Köhnə Xudat kəndində Mehdiyevlərə məxsus qədim evdə müqəddəs dini kitabımız olan çox tarixi "Qurani-Kərim" kitabı saxlanılır. Artıq üç əsrdir ki, Mehdiyevlər  bu kitabı qoruyaraq nəsildən nəslə ötürür.

Evin sahibi olan məşhur jurnalist Müqəddəs Mehdiyev Bizim.Media-ya bildirib ki, bu Quranı ulu babası Məhəmməd öz oğlu Mehdiyə ithaf edərək əlyazma şəklində elm adamlarına yazdırıb. Çox çətinliklə də olsa indiyəcən saxlaya biliblər:

“Bu Quran çox şeyin şahididir, başı bəlalar çəkib sahibləri kimi.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra "Mübariz Allahsızlar" cəmiyyətinin fəalları olan komsomolçular bu evin sahiblərinə də təzyiq edib, evə basqın edərək bütün əşyalarını dağıdıb aparıblar".

Ailə çətinliklə də olsa Quranı qorumağa nail olub və ələ keçməməsi üçün torpağa basdırıblar. 16 il torpaq altında gizli saxlanılan müqəddəs kitabın əlyazma nüsxəsi rütubət çəkdiyindən indi az qala əl vursan, ovxarlanacaq deyə Mehdiyevlər onu xüsusi olaraq qoruyurlar. Heç kəsə də əl vurmağa qoymurlar.
Mehdiyevlərin 6-cı nəslinin oğul övladı olan Əlisultan Mehdiyev atası Müqəddəs, babası Kazım və diğər ulu babaları kimi, indi o da bu Quranı göz bəbəyi kimi qoruyur.

Mehdiyevlər ailəsinin yaxın dostu, ixtisasca şərqşünas olan Beytulla Borci izah edir ki, bu bir adət idi, qədimlərdə varlı, imkanlı adamlar öz oğul övladlarının adına "Qurani-Kərim" bağlatdırardılar.

Mehdiyevlərin ulu babası Məhəmməd də oğlu Mehdinin şərəfinə bu Quranı yazdırıb və kitabın son vərəqində Mehdinin adını da həkk etdirib.

Qeyd edib ki, ailənin bu müqəddəs Quranı yenidən nəşr etdirmək arzusu var. Ümumiyyətlə, tanınmış jurnalistin yaşadığı bu qədim evin özünün böyük bir tarixi var. Bu barədə növbəti yazımızda ətraflı danışacağıq. Biləcəksiniz ki, hansı tarixi şəxsiyyət bu evdə dərs keçib və nələr baş verib. Bizim.Media-nı izləyin.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin