Azərbaycanda Avrasiya Logistika Alyansının nəqliyyat və logistika məntəqəsi qurula bilər

Hazırda oxunan: Azərbaycanda Avrasiya Logistika Alyansının nəqliyyat və logistika məntəqəsi qurula bilər

98112

Avrasiya Logistika Alyansına daxil olan, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin rəhbərləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında olublar. 

Bizim.Media xəbər verir ki, bu barədə Agentlikdən bildirilib. 

Məlumata görə, görüşdə Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində Avrasiya Logistika Alyansının Azərbaycanda nəqliyyat və logistika məntəqəsinin qurulmasına dair fikir mübadiləsi aparılıb. 

Əvvəlcə nümayəndə heyəti Parkda görülmüş işlər, buranın rezidentləri olan “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Kabel Zavodu və “ALCO” MMC-nin Sürtkü yağı istehsalı müəssisəsi ilə tanış olub. 

Bundan sonra şirkət rəhbərləri ilə Agentliyi İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

Görüşdə Agentliyin idarəçiliyində olan sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, təqdimat keçirilib.

Şirkət rəhbərləri, həmçinin Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının logistik imkanları, burada və Sumqayıt Kimya Sənaye Parkında yaradılacaq gömrük anbarları barədə məlumatlandırılıblar. 
Avrasiya Logistika Alyansı gömrük və logistika sahəsində fəaliyyət göstərən şirkətləri özündə birləşdirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin