Yaxın aylarda Suqovuşanda ilkin infrastruktur işləri yekunlaşdırılacaq

Hazırda oxunan: Yaxın aylarda Suqovuşanda ilkin infrastruktur işləri yekunlaşdırılacaq

98104

Bu ilin sonuna qədər Tərtər rayonunun Suqovuşan kəndində ilkin infrastruktur işləri yekunlaşdırılacaq. 

Bizim.Media xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov bildirib. 

"Bu ilin əvvəlində Suqovuşanda istirahət parkının və digər infrastruktur obyektlərinin təməli qoyulub. Bu işlər bir neçə mərhələdə aparılır.

Əsasən Suqovuşan su anbarının ətrafında infrastrukturun qurulması nəzərdə tutulub. Bu il daha çox layihələndirmə və ilkin infrastruktur işləri yerinə yetirilir", - deyə o, qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin