Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi tələbəsi Şəhriyar Səmədovun intihar etdiyi ilə bağlı məlumat yayılıb. İddiaya görə, o, ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib.
Sözügedən universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnarə Məmmədova Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib.
O, hadisənin gecə saatlarında tələbənin yaşadığı evdə baş verdiyini qeyd edib:
“Maliyyə ixtisası üzrə təhsil alan Şəhriyar Səmədov çox ağıllı və nümunəvi tələbələrdən olub. Vaxtı-vaxtında dərsə gəlirdi və onunla bağlı universitetdə hər hansı problem eşitməmişik. Hadisəni qrup yoldaşlarından öyrəndik və özümüz də şok keçirdik. Qrup yoldaşlarının dediyinə görə intihara hər hansı səbəbi yox idi. Şəhriyar qardaşı ilə birgə kirayə mənzildə yaşayırdılar.
Elə cəsədini də evdə qardaşı aşkar edib. Əslən Masallıdandırlar. İntihar etdiyi barədə dəqiq məlumatımız yoxdur”, -deyə universitet rəsmisi əlavə edib.
Qeyd edək ki, Şəhriyar Səmədov 2003-cü il yanvarın 2-də Masallıda anadan olub. Masallı şəhəri 4 saylı tam orta məktəbini bitirib. 2019-2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 684,8 toplayıb. O, həm də Prezident təqaüdçüsü idi.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:03 / 07.10.2022
685 bal toplamış tələbənin müəmmalı ÖLÜMÜ – Universitetdən AÇIQLAMA
Hazırda oxunan: 685 bal toplamış tələbənin müəmmalı ÖLÜMÜ – Universitetdən AÇIQLAMA
Hazırda oxunan: 685 bal toplamış tələbənin müəmmalı ÖLÜMÜ – Universitetdən AÇIQLAMA
98009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.