Putinin yaxın çevrəsindəki şəxs ona qarşı çıxıb? – Peskov AÇIQLADI

Hazırda oxunan: Putinin yaxın çevrəsindəki şəxs ona qarşı çıxıb? – Peskov AÇIQLADI

97991

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Washington Post”a bildirib ki, dövlət başçısı Vladimir Putinin yaxın ətrafında “xüsusi əməliyyat” mövzusunda mübahisələr parçalanma əlaməti deyil, normal iş axınının bir hissəsidir.

Bizim.Media xəbər verir ki, Kreml sözçüsünə görə, Rusiya hakimiyyətinin xüsusi hərbi əməliyyat, iqtisadiyyat və ya təhsillə bağlı müzakirələri parçalanma əlaməti sayılmır.

Bundan əlavə, Peskov Putinin yaxın çevrəsindən olan şəxsin Rusiya liderinin qərarları ilə razılaşmadığını açıq şəkildə bəyan etməsi ilə bağlı məlumatı təkzib edib.

Peskovun fikrincə, prezident qismən səfərbərlik elanı da daxil olmaqla əsas qərarlar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin