"Hazırda əhali qrupuna verilən istiliyin sayğaclaşdırılması gündəmimizdə deyil".
Bizim.Media xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.
O bildirib ki, hazırda pilot olaraq qeyri-əhali qrupu üçün məhdud sayda sayğaclaşma prosesə start verilib:
"Pilot olaraq ən sərfəli sayğacı müəyyənləşdiririk ki, gələcəkdə əhali qrupuna verilən istiliyin sayğaclaşmasında problem yaşanmasın. Beynəlxalq standartlara uyğun sayğaclar quraşdırılacaq".
Qurum rəsmisi qeyd edib ki, qiymətlərin dəyişdirilməsi ilə bağlı isə Tarif Şurasına heç bir müraciət olunmayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:06 / 07.10.2022
İstilik qiymətləri dəyişdiriləcəkmi? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: İstilik qiymətləri dəyişdiriləcəkmi? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: İstilik qiymətləri dəyişdiriləcəkmi? – RƏSMİ AÇIQLAMA
97933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.