“Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdı” – Makron

Hazırda oxunan: “Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdı” – Makron

97932

Xəbər verdiyimiz kimi, dünən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib. Makron görüşdən sonra maraqlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

“Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını Qafqazda davamlı sülh üçün bir daha təsdiq etdilər.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının yaradılmasına yardım edəcək. Rəsmi Bakı da bu missiya ilə əməkdaşlığa razı olub. Missiyanın məqsədi etimad yaratmaq və sərhəd komissiyalarının işinə töhfə verməkdir”, - deyə Fransa lideri vurğulayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin