“Ermənistanın sabitlik üçün sülhdən başqa yolu yoxdur” - Mustafa Şəntop 

Hazırda oxunan: “Ermənistanın sabitlik üçün sülhdən başqa yolu yoxdur” - Mustafa Şəntop 

97827

"Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. 

TBMM sədri Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib. 
Onun sözlərinə görə, Ermənistanın bu təxribatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu göstərdi. 

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq, mədəniyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin