44 günlük zəfər yürüşünün ön cəbhəsində hər şey uğurla davam edirdi. Diqqət mərkəzinə çevrilən döyüş meydanından ard-arda qəhrəman əsgərin surətlə irəliləyişinin – böyük qələbənin ayaq səslərinin xəbərləri yayılırdı.
Ancaq sadalananlar cümlələrlə ifadə ediliyi kimi asan deyildi. Yaralı və şəhidlərin olması arxa cəbəhinin də işini çətinləşdirirdi.
Bölgədə olan xəstəxanalar tam gücləndirilmiş rejimdə işləyir, gecəni gündüzə qatan səhiyyə işçiləri cəbhədən gələn yaralılara vaxtında tibbi müdaxilə etməli, onların həyatını xias edərək itkilərin sayını azaltmalı idi.
Xocavənd rayon xəstəxanası da həmin müəssisələrdən biri olub ki, buraya gələn yaralı əsgərlər bir başa döyüş bölgəsindən gətirilirdi. Demək olar ki, xəstəxananın tibb personalından tutmuş texniki heyyətinə qədər hər kəs səfərbər idi. Həmin dövrlər arxa cəbhənin qəhrəmanına çevrilənlərdən biri ilə həmsöhbət oluruq.
O, Bizim.Media-nın yerli bürosunun əməkdaşları ilə həmsöhbət olarkən həmin illəri fəxrlə xatırladığını deyir...
Həmsöhbətimiz Amil Abdullayev 1970-ci ildə Xocavənd rayonun Tuğ kəndində doğulub. Bir çox həmkəndlisi kimi münaqişənin ilk illərində kənddə yaranan müdafiyə dəstələrinə qoşularaq postlarda durub.
Lakin kəndin işğalından sonra ailsi ilə birlikdə Beyləqan rayonu ərazisində xocavəndlilərin kompaq yaşadığı qəsəbədə məskunlaşır. Vətən Müharibəsinə qədər Xocavəd Rayon Mərkəzi xəstəxanasında fəhlə, müharibədən sonra isə mühafizəçi işində çalışır.
Onun sözlərinə görə, xəstəxanaya gətirilən yaralı əsgərlərin arasında bir nəfər də olsun həyatın itirən olmayıb:
“Döyüşlər başlayanda xəstəxananın baş həkimi Nurangiz Bəşirova idi. Yaralılar gəlməyə başlayanda artıq o bizi tam döyüşə hazır etmişdi. Əlbəttə mən bunu döyüş hesab edirəm... Demək olar ki, 44 gün evə getmədim.
Gələn yaralıların əksəriyyəti gənc olduğu üçün onların yanında qalmalı, müəyyən mənada kömək etmək lazım idi. Onlar sanitar qovşaqdan istifadə edə bilmirdilər. Tibb bacılarından isə utanırdılar. Belə qərara gəldim ki, istirahət saatlarımı da xəstəxanada yaralıların yanında keçirim”, - Amil Abdullayev deyir.
Amilin sözlərinə görə, həmin günlər istirahət etməyi özünə qəbahət sayır. Çünki yaralı əsgərlərin yuyunması, onların sanitar qovşaqlardan istifadə etməsi yalnız onun ümidinə qalır:
“Xəstəxanın bütün palatalarının hərəsini ən azı 50 dəfə yoxlayırdım. Ağır yarası olan xəstələri bir-bir qucağımda daşıyıb hamama və ayaqyoluna aparırdım. Bir gün yarası ağır olan bir xəstəni yuyanda o, üzümə baxaraq, əmi, sənin bu xəcalətindən necə çıxacam bilmirəm, dedi. Mən onların hər birinə bizim borcumuz olduğunu deyirdim.
Öz övladlarımdan heç bir fərq qoymurdum. Onlar indi də məni xatırlayırlar. Bir yaralını xüsusi ilə heç vaxt unutmayacam. O xəstəxanada iki gün qaldıqdan sonra dalaşaraq, müalicəsini yarımçıq qoyub, yazılı izahat verərək döyüşə qayıtdı. Sonra biz eşitdik ki, həmin əsgər şəhid olub”.
Xocavənd rayon xəstəxanasına gətirilən yaralılara göstərilən xidmətlər sırasında onları qidalandırmaq da vacib şərt idi. Tibb müəssisəsinin döyüş gedən bölgəyə yaxın olması ciddi məhtudiyyətlər yaradırdı. Ancaq buna baxmayaraq həmin dönəmdə baş həkim işləmiş Nuragiz Bəşirova bu işin də öhtəsindən gəlmək üçün xəstəxana heyyətini səfərbər edir.
Amil deyir ki, hətta bu məsələlərə görə uşaqlarını ziyarətə gələn valideynlərlə mübahisələr də yaranırdı:
“Baş həkim öz təşəbbüsü ilə yaralıların yüksək kalorili yeməklərlə qidalanmasını təşkil edib. Bir gün o görüş otağına gəlib gördü ki, valideynlərdən biri övladı üçün süfrə açıb ona evdən gətirdiyi yeməkləri verir.
Dərhal etiraz edib süfrəni yığışdırmağı kobud şəkildə bildirdi. Sonra dedi ki, bu xəstəxanada heç bir döyüşçüyə fərq qoyulmamalıdır. Həmin zaman üçün psixoloji gərginliyi nəzərə alsaq adi hallardan mübahisə yaranması faktını qeyd etmək olar. Ancaq həkim həmin hərəkətinə, burada hamı üçün eyni yemək verilməlidir.
Kimsə yeyib, kimsə baxmalı deyil demişdi... Çox çətin və keşməkeşli günlər yaşadıq. Uşaqların üstümə hopan qanının qoxusu ilə yatıb dururdum. İndi də o qoxu mənim burnumdadır”
Əlbəttə ki, bu Vətən müharibəsində xidmət göstərən cəmi bir tibb müəssisəsində baş verənlərin bir qismi idi. Ümumilikdə isə hələ neçə-neçə yazılmamış xatirələr onu yaşayan arxa cəbhə qəhrəmanlarının sinəsində həmişəlik yaşayacaq!
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:45 / 07.10.2022
Vətən Müharibəsinin ARXA CƏBHƏSİ: - Xocavənd xəstəxanasında nələr baş verirdi?
Hazırda oxunan: Vətən Müharibəsinin ARXA CƏBHƏSİ: - Xocavənd xəstəxanasında nələr baş verirdi?
Hazırda oxunan: Vətən Müharibəsinin ARXA CƏBHƏSİ: - Xocavənd xəstəxanasında nələr baş verirdi?
97814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.