Azərbaycanda qeyri-neft ixracı 17% artıb

Hazırda oxunan: Azərbaycanda qeyri-neft ixracı 17% artıb

97689

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilib. Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17% artıb.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9%-ini təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb.

2022-ci ilin sentyabr ayı üzrə ixrac 3,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 231,2 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 7,4% artaraq 49,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,7% artaraq 181,6 milyon ABŞ dollarına bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin