Mina Hüseyn ƏSƏBİLƏŞDİ: “Nə mən, nə də ərim tanışlığımızdan əvvəl evli olmuşuq“ - FOTO

Hazırda oxunan: Mina Hüseyn ƏSƏBİLƏŞDİ: “Nə mən, nə də ərim tanışlığımızdan əvvəl evli olmuşuq“ - FOTO

97671

“Klaviatura qəhrəmanları, onun-bunun həyatını müzakirə edənlər arada öz həyatınıza da dönün baxın. Bildiniz-bilmədiniz danışmayın!”.

Bizim.Media xəbər verir ki,  bu sözləri müğənni Mina Hüseyn sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Sənətçi onun və həyat yoldaşının ilk nikahı olmadığını iddia edənlərə sərt reaksiya bildirib.

“Nə həyat yoldaşım, nə də mən tanışlığımızdan əvvəl evli olmuşuq. Bu, bizim ilk qanuni evliliyimizdir. Çox sağlam həyatımızı yaşayırıq. Özünüzə hörmətiniz varsa, kiminsə haqqında yalandan söz-söhbət çıxartmayın”.

Qeyd edək ki, Mina Hüseyn martın 30-da nikahından foto paylaşaraq, "Nikahımız" qısa şərhi ilə ərə getdiyini təsdiqləyib. Bundan sonra müğənni sosial şəbəkə səhifəsində bütün fotolarını silib.
Bir neçə həftə əvvəl isə müğənni həyat yoldaşının türk vətəndaşı deyil, Şuşalı olduğunu bildirib. Mina, həmçinin hamiləlik iddialarını da yalanlayıb.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin