"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
"Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.
Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.
Bizim.Media