Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb..
Bizim.Media xəbər verir ki, bu barədə “newsarmenia” məlumat yayıb.
Paşinyan çıxış yolunu Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında gördüyünü bəyan edib.
“Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və təsdiq edirəm ki, son müsahibəmdə dediklərimi - sülh gündəliyinin bu düstur üzrə həyata keçirilməsi məsuliyyətini öz üzərimə götürürəm. Bu gündəliyi praktiki olaraq həyata keçirmək üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”, - deyə baş nazir bu gün keçirilən parlament iclasında deyib.
Qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu deyib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
00:03 / 06.10.2022
“Çıxış yolu Azərbaycanla sülh imzalamaqdadır”- Paşinyan məsuliyyəti üzərinə götürdü
Hazırda oxunan: “Çıxış yolu Azərbaycanla sülh imzalamaqdadır”- Paşinyan məsuliyyəti üzərinə götürdü
Hazırda oxunan: “Çıxış yolu Azərbaycanla sülh imzalamaqdadır”- Paşinyan məsuliyyəti üzərinə götürdü
97638
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.