Xaçmazda müəllim olan ŞƏHİD ANALARI yad edildi – FOTO  

Hazırda oxunan: Xaçmazda müəllim olan ŞƏHİD ANALARI yad edildi – FOTO  

97611

Xaçmazda Beynəlxalq Müəllimlər günü silsilə tədbirlərlə qeyd olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə tədbir çərçivəsində şəhid anaları olan müəllimlər ziyarət edilərək təltif olunub.  

Əvvəlcə Xaçmaz İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun Şıxhaput kəndində Vətən Müharibəsi şəhidi Mahir Məmmədovun anası, təqaüddə olan  müəllim Timziyə Məmmədova ilə evində görüş keçirib.

Rayon rəhbəri şəhidin anasına 17 il Azərbaycan Ordusunda şərəflə qulluq etmiş,Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış oğlu Mahir Məmmədovun igidliklərindən danışaraq, ona belə igid oğul böyütdüyü üçün təşəkkür edib.
Mahir Məmmədovun müharibədə döyüş şücaətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edildiyini vurğulayan Elnur Rzayev 26 il pedaqoji fəaliyyət göstərmiş Timziyə Məmmədovaya sağlamlıq arzulayıb.  

Şəhid anasına rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub. 

Xaçmaz İcra Hakimiyyətində müəllimlərlə keçirilən görüşdə də digər Vətən Müharibəsi şəhidi Sərxan Mirzəmmədovun anası Bibixanım Mirzəmmədova iştirak edib.  

İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hazırda Hacısaoba kənd orta məktəbində çalışan şəhid anasını peşə bayramı münasibətilə təbrik edib.  

Görüşdə şəhid anası Bibixanım Mirzəmmədova və bir qrup qabaqcıl təhsil işçisi Xaçmaz rayon İcra Hakimiyyətinin  fəxri fərmanı və xatirə hədiyyələri ilə mükafatlandırılıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin