“Ukraynanın NATO-ya daxil olması prosesi artıq başlayıb və bu proses mütləq uğurla başa çatacaq”.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasından olan depuat David Araxamia teleqramda yazıb.
O qeyd edib ki, 11 ölkə Kiyevin bu təşəbbüsünü dəstəkləyib:
“Bizim rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Proses başlayıb, geriyə dönüş yoxdur”.
D.Araxamia Ukraynanı dəstəkləyən ölkələrin adlarını da açıqlayıb:
“Artıq tək deyilik. Bizi 11 ölkə, o cümlədən Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya açıq şəkildə dəstəkləyib. Məqsədimizə mütləq çatacağıq. Məqsədlərimiz kiməsə qeyri-real və ya çox iddialı görünsə belə. Dünya dəyişib. Biz onu dəyişmişik və yeni dünyada ölkəmiz öz layiqli yerini tutacaq”.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da ölkəsinin sürətləndirilmiş əsaslarla NATO-ya üzvlük ərizəsini imzalayıb.
Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko deyib ki, Kiyevin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarından başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:11 / 05.10.2022
Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi başlayıb"
Hazırda oxunan: Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi başlayıb"
Hazırda oxunan: Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi başlayıb"
97517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.