Paşinyanın arvadının çağırışı Ermənistanda etiraz doğurdu - FOTO

Hazırda oxunan: Paşinyanın arvadının çağırışı Ermənistanda etiraz doğurdu - FOTO

975

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "vətənpərvər" ruhuna hesablanmış fikirləri əks təsir yaradıb. İndi  Akopyan erməni cəmiyyətinin  ciddi narazılığı ilə üz-üzə dayanıb.  Belə ki, o, ərinin uğursuz şəkildə rəhbərlik etdiyi erməni ordusundakı itkiləri doldurmaq üçün xalqa çağırış edib. Anna yazıb: “əziz erməni kişiləri, cəbhəyə doğru tələsin. Dünyaya ermənilərin nələrə qadir olduğunu göstərməyin vaxtı çatıb”.

Bizim.Media azvision.az-a  istinadən xəbər verir ki, müxalif erməni saytları bu cür şablon, “vətənpərvər” çağırışlardan çox ortaya real, uğurlu iş qoymağı vacib sayıblar. “Facebook”un erməni seqmentində Akopyana qarşı təhqir və ağır ittihamlar səsləndirilib. Şərhlərdə daha çox Sorosun əlaltısı kimi təqdim edilən Paşinyanın ailəsinə nəzarəti itirdiyi qeyd edilir. Daha çox diqqət çəkən məqam isə yüzlərlə bəyənmə gələn şərhlərdəki Nikola aid karikaturalar olub. Bu cür təhqirlərlə öz aqressiyasını bildirən xeyli sayda erməni Paşinyanın özünün və komandasının ön cəbhədə olmasını vacib sayıb.

Armen Aramyan adlı istifadəçi Ermənistan hökumətinin nazir və məmurlarının fotokollajını paylaşaraq qeyd edir ki, əvvəlcə döyüşə Sorosun erməni komandasını göndərin.

Anaida Koryan adlı istifadəçi isə yazır ki, Paşinyanın arvadının müharibə çağırışları yersizdir, onun döyüşlər, müharibə haqqında anlayışı belə yoxdur: "Biz erməni qadınları hazırda baş verənləri böyük ağrı ilə izləyirik. İtirdiyimiz kişilər geri dönməyəcəklər, hamısı da həyat təcrübəsi olmayan azyaşlı oğlanlardır".

Arusyak Şahverdiyan yazıb: “Anna xanım sizdən xahiş edirik ki, ərinizə təsir edəsiniz işindən getsin. Bəlkə də yaxşı rəhbər deyilsiniz, imkan verin bu işləri bacaranlar gəlsinlər. Cavan oğlanlarımız qırılır, bu ağır günahdır!”

Şərhlərin əksəriyyəti gənclərin kütləvi şəkildə qırılmaları ilə bağlı olsa da, bəziləri erməni cəmiyyətini bu hala düşməsinin səbəbini axtarıb. Sveta Martirosyan qeyd edib ki, "sosial şəbəkələrdə bir-birinizi qırmaqdan utanmırsınızmı? Bu cür ittihamlarla, söz davaları ilə türkləri (azərbaycanlıları - red) sevindirmiş olursunuz. Hamımız silaha sarılmalıyıq, yoxsa vətənimizin sonu gələcək”.

Akopyana gələn etiraz şərhlərinin bir neçəsini oxuculara təqdim edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin