Sosial şəbəkələrdən 1 saat imtina etsək, NƏ BAŞ VERƏR?

Hazırda oxunan: Sosial şəbəkələrdən 1 saat imtina etsək, NƏ BAŞ VERƏR?

97491

Gündə 1 saat sosial şəbəkədən imtina etmək insanların sağlamlığına əsaslı şəkildə müsbət təsir edir. Bu günlərdə Bohum universitetinin alimləri sosial şəbəkələrdə keçirilən vaxtın azaldılmasının psixi sağlamlığa çox yaxşı təsir etdiyini açıqlayıblar.

Açıqlamada qeyd olunur ki, 642 nəfəri 4 qrupa bölərək 4 həftə onların üzərində müşahidə aparılıb.

Müşahidə zamanı məlum olub ki, gün ərzində ən azı bir saat sosial şəbəkədən imtina edib təbiətə gəzintiyə çıxan şəxslər digər qruplardakı insanlardan daha həyatsevər və gümrah olublar. Digər 3 qrupdakı insanlarda isə depressiya simptomları, həyatdan narazılıq hissləri və bədbin əhval-ruhiyyə qeydə alınıb. 

Qeyd edək ki, Bohum Universitetinin alimləri daha öncə də depressiya və nevrozun müalicəsi üçün sosial şəbəkələrdən azı 1 həftə imtinanın yüksək effekt verdiyini müəyyən etmişdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələrdə bizi necə dinləyirlər? – Ekspertdən ŞOK TƏFƏRRÜAT


Tanınmış psixoloq Gülnar Orucova Bizim.Media ilə söhbətində həyatda zərərli heç nəyin olmadığını bildirib.

“Amma zərərin hədd nöqtəsi var. O həddi aşandan sonra insanlar zərər görməyə başlayırlar. Çox təəssüf ki, bu gün insanların çox böyük hissəsi öz qızıla bərabər vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Bunun da iki böyük ziyanı var. 

Birincisi, insanlarda asılılıq yaranır. İnsanlar faydalı əməklə məşğul olmaq əvəzinə qiymətli vaxtlarını sosial şəbəkədə keçirirlər. Bu da insanlarda tənbəllik vərdişi yaradır.İnsanlar vaxtlarını boş yerə xərcləmiş olurlar. Üstəlik, internetdə vaxt keçirmək üçün müəyyən miqdarda vəsaitlərindən də məhrum olurlar.

İkincisi, sosial şəbəkə insanlarda psixoloji travmalar yaradır. Nəzər alaq ki, sosial şəbəkələrdə ən çox kriminal xəbərlər paylaşılır. Təbii ki, istənilən informasiya insanda müəyyən assosasiya yaradır. Mənfi enerji ilə yüklənmiş xəbərlər də insanları bir tərəfdən aqressivləşdirir, digər tərəfdən də depressiyaya salır”. 

Gülnar Orucova tövsiyyə edir ki, inslanlar sosial şəbəkə asılığından qurtulsalar çox şeyə nail olarlar.

“Yaxşı olar ki, insanlar sevdikləri ilə daha çox vaxt keçirtsinlər. Bu onlara əlavə enerji və həyat sevgisi verəcək.Və yaxud boş vaxtlarını təbiətin seyrinə çıxsınlar. Hazırda paytaxtımızın özündə də təbiətlə ünsiyyət üçün kifayət qədər maraqlı məkanlar var. Sosial şəbəkə tənbəllik və depressiya yaradır. Bunu unutmayaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin