Xocavəndin Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıqla bağlı Ermənistanın iddialarına cavab verilib.
Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib ki, Ermənistan bu meyitlərin guya Azərbaycan tərəfindən sonradan qoyulduğunu və kütləvi qətliam törətmədiklərini iddia edib.
“Lakin sümüklə torpağın qarışığına nəzər salsaq görərik ki, onların sonradan qoyulmasından söhbət gedə bilməz.
Sadəcə olaraq qalıqların hamısının üstü təmizlənib və eləcə saxlanılıb. Qalıqlar bu gün, ya sabah götürüləcək. Məhkəmə tibbi-ekspertizası ayrı-ayrılıqda aparılacaq. 10-15 gün məhkəmə ekspertizası, bir o qədər də genetik araşdırma çəkəcək”, - direktor vurğulayıb. (Apa.az)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:36 / 05.10.2022
Nazirlikdən Ermənistanın Edillidəki kütləvi məzarlıqla bağlı iddialarına CAVAB
Hazırda oxunan: Nazirlikdən Ermənistanın Edillidəki kütləvi məzarlıqla bağlı iddialarına CAVAB
Hazırda oxunan: Nazirlikdən Ermənistanın Edillidəki kütləvi məzarlıqla bağlı iddialarına CAVAB
97476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.