“Xocavənd rayonunun Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən bu gün və sabah götürüləcək”.
Bizim.Media xəbər verir ki, bunu Report.az-a Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək:
“Daha sonra qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Sonra isə Hərbi Prokrorluğun qərarları ilə birlikdə maddi sübutlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək. Müayinələr bitdikdən sonra skelet sümükləri və faktlar xüsusi qutularda xüsusi şəraitdə saxlanılacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:41 / 05.10.2022
Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən götürüləcək
Hazırda oxunan: Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən götürüləcək
Hazırda oxunan: Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən götürüləcək
97460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.