Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.
Bizim.Media-nın Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində baş tutub.
Qeyd edək ki, Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyət, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonasında durum əsas müzakirə mövzusu olacaq.
Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması barəsində fikir mübadiləsi aparılacaq.
Görüşün yekunu ilə bağlı Rusiya və İran XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:34 / 26.01.2021
Lavrov Zərifi qəbul etdi
Hazırda oxunan: Lavrov Zərifi qəbul etdi
Hazırda oxunan: Lavrov Zərifi qəbul etdi
9740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.