Qərbi qəzəbləndirən 21 sentyabr BƏYANATI – Videoşantajın arxasındakı SƏBƏBLƏR

Hazırda oxunan: Qərbi qəzəbləndirən 21 sentyabr BƏYANATI – Videoşantajın arxasındakı SƏBƏBLƏR

97389

Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunda olarkən bir sıra mühüm açıqlamlar verdi. Həmin açıqlamaların birində deyilirdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.

“Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan müəyyən edək və lazımi tədbirlər görək”.

Ölkə Başçısının sərt və açıq fikirləri Qərbdəki bəzi qüüvələrin yuxusuna haram qatdı, planlarını pozdu. Azərbaycan Prezidentinin ədalət tələbi özlərini dünyaya haqqın və ədalətin müdafiəçisi kimi sırımağa çalışan dövlətlərin xoşuna gəlmədi.
Və həmin dövlətlər gizli telefon zənglərindən açıq təhdidlərə keçdilər. Ötən gün ABŞ və Avropa İttifaqı nümayəndələri birgə bəyanatlar yaydılar. Bəyanatda, sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərləri tərəfindən hərbi cinayətlər olduğu iddia edilən video görüntülərlə bağlı “narahatlıq” ifadə edilir, videoların araşdırılması və məsuliyyət daşıyanların cəzalandırılması tələb olunur.

Bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays oktyabrın 3-də Twitter səhifəsidə yazır ki, “Birləşmiş Ştatlar Azərbaycan əsgərlərinin silahsız erməni hərbi məhbusları öldürməsi ilə bağlı son xəbərlərdən dərin narahatdır. Biz tam və qərəzsiz araşdırmaya çağırırıq. Hər hansı cinayətə görə məsuliyyət daşıyanlar cavab verməlidir”.

Kompramat axtarışı

ABŞ və Aİ-nin birgə bəyanatını qısaca xarakterizə etsək görərik ki, bu haqqını və ədaləti tələb edən dünyəvi bir dövlətə atılan çamurdur. Bu bəyanatla Qərb bir daha öz simasını göstərdi. Göstərdi ki, onları heç də dünyada ölkələrin suverenliyi, ərazi bütövlüyü və qonşularla dinc yanaşı yaşamaq istəyi maraqlandırmır. Onları maraqlandıran regiondakı və münaqişələrdəki öz çıxarlarıdır. Bu belə olmasa idi 44 günlük müharibədən 2 il sonra lapdan ortaya hərbi əsirlərin təhqir olunması söhbəti atmazdı. 

ABŞ və Aİ çıxılmaz duruma düşüb

Əslində, bu bəyanat Qərbin nə qədər zavallı olduğunu göstərir. Yəni ABŞ və Qərb Azərbaycanın haqlı tələbləri və addımları qarşısında sadəcə çarəsizdir. Lakin, çörəkləri beynəlxalq münaqişələrdən çıxan Qərbin başqa yolu da yoxdur. Bəhanə isə məşhur nağılda deyildiyi kimi, “sən yuxarıda dayanıb suyu bulandırırsan” “məntiqidir”.

“Faktları” niyə Ermənistan yox, Qərb “təqdim” edir?

O ki, qaldı hərbi əsirlərin və məhbusların Azərbaycanda incidilməsi məsələsinə. 10 noyabr bəyanatına əsasən Azərbaycan tərəfi bütün erməni əsirləri Rusiya sülhməramlılarının iştirakı ilə qarşı tərəfə təhvil verib.

Ən son 12 və 13 sentyabrda baş vermiş təxribatla bağlı məhv edilmiş 130-dan artıq erməni hərbçisinin cəsədi Ermənistana qaytarılıb. Maraqlıdır ki, son iki ildə geri qaytarılan hərbi əsirlərin heç biri Ermənistana döndükdən sonra Azərbaycanda onlara qarşı hər hansı bir zorakılıq edildiyini dilə gətirmədi.

Üstəlik, son 20 gündə təhvil verilmiş meyitlərin üzərində hər hansı bir təhqiredici hərəkətin olması ilə bağlı erməni mətbuatında bir cümlə belə yazılmadı.

Əksinə, sosial şəbəkələrdə sentyabrın 12-də yaralanıb, əsir düşən erməni əsgərinə Azərbaycanlı hərbçilərin necə yardım etməsi ilə bağlı videolar yayıldı. Amma nədənsə nə ABŞ, nə də ki, Aİ-dəki rəsmilər Azərbaycanlıların bu böyüklükdəki humanizmini görmədi, daha doğrusu görməməzlikdən gəldilər. 

Olayın 3 səbəbi

ABŞ və Aİ-nın heç bir reallığa söykənməyən bu həyasız bəyanatınnın bir neçə səbəbi var.

Birincisi, Qərb Azərbaycan Prezidentinin 21 sentyabr bəyanatını həzm edə bilmir, bunu özlərinə təhdid kimi qəbul edirlər.

İkincisi, hər vasitə ilə Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinə əngəl olmaq istəyirlər. Çünki, bu sülh sazişi Qərbin məhsulu deyil. Ona görə də başqalarının təşəbbüsü ilə baş tutacaq sülh Qərb üçün sadəcə biabırçılıqdır. 

Üçüncüsü, bu bəyanatla ABŞ və Aİ öz ölkələrindəki erməni diasporuna yeni fəaliyyət istiqaməti vermiş oldular. Çünki, xaricdəki diasporalar bir qayda olaraq Ermənistanın deyil, yaşadıqları ölkələrin milli maraqlarından çıxış edirlər.
Bir sözlə, Qərb regionda itirilməkdə olan nüfuzunu hər vasitə ilə geri qaytarmaq istəyir. Bunun üçünsə istənilən şərəfsizliyə də gedilir. Məhz, ABŞ və Aİ-nin dünənki birgə bəyanatı da Qərbin şərəfsizliyinin növbəti səhifəsi, göstəricisidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin