“Arsax” sözü sülh müqaviləsində ola bilməz – Ermənistan parlamentinin spikeri

Hazırda oxunan: “Arsax” sözü sülh müqaviləsində ola bilməz – Ermənistan parlamentinin spikeri

97387

“Arsax”la (Qarabağdakı qondarma rejim) bağlı bütün məsələlər ilk növbədə Qarabağın “hakimiyyət orqanları” ilə müzakirə edilir.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Azərbaycanın ərazi bütövlüyü sülh müqaviləsində tanınsa, Qarabağ öz müqəddəratını təyinetmə hüququnu itirə bilərmi?” sualına Simonyan belə cavab verib:

“Biz bir-birimizin ərazi bütövlüyünü hələ 1991-ci ildə tanımışıq, sonra imzalanmış sənədlərdə də ərazi bütövlüyünü tanımışıq. Yenə deyirəm, Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra heç vaxt Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyib.

Söhbət “Arsax” əhalisinin öz müqəddəratını təyin etmək hüququndan gedib. Bunlar hüquqi məsələlərdir və mən düşünürəm ki, “Arsax” sözü Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsində olmamalıdır və ola da bilməz. Bu, mənim şəxsi fikrimdir və yəqin həmkarlarım da fikrimlə razılaşarlar”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin