III Dünya Müharibəsinə bir az qalmış – Rusiyanın NÜVƏ ARSENALI Ukraynaya doğru hərəkət edir

Hazırda oxunan: III Dünya Müharibəsinə bir az qalmış – Rusiyanın NÜVƏ ARSENALI Ukraynaya doğru hərəkət edir

97374

Ukrayna subyektləri olan DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə dair qərar dünyanın gündəminə yeni rəng qatdı. Kifayət qədər tünd olan bu rəng çox ciddi və qorxulu hadisələrin baş verəcəyindən xəbəbr verir. Çünki, Rusiya Federasiyası Ukraynanın 110 min kvadratkilometr ərazisini de-yure öz ərazisi elan etdi. Bununla da Ukrayna-Rusiya münaqişəsi yeni müstəviyə çıxarıldı. 

Bəs, bu müstəvi hansı qorxunc hadisələrin baş verməsinə meydan ola bilər?

Birincisi, lll Dünya Müharibəsinin mütləq şəkildə başlamsına səbəb ola bilər. Çünki, Kremli bu vaxtadək rəsmi şəkildə Ukraynaya müharibə elan etməyib. Amma son hüquqi prodsedurdan sonra Rusiyanın Ukraynaya müharibə elan etməsi üçün əlində kifayət qədər “əsas” var.
Əgər dünənə qədər Ukrayna mövcud Rusiya sərhədlərini tanıyaraq, ona hörmət edərək ancaq öz ərazisindəki separatçılara və onların himayədarlarına qarşı müharibə aparırdısa, indən belə Xersona, Zaparojyeyə, Luqanskə və Donbasa atılmış hər hansı bir raket Rusiya ərazisinə müdaxilə kimi qiymətləndiriləcək.

İkincisi, son qərar Moskvaya hüquqi əsas verir ki, Ukraynaya hərbi yardım edən istənilən ölkəyə hərbi müdaxilə etsin və yaxud raket zərbəsi endirsin. Bu mənada indən belə Rusiya Avropanın istənilən ölkəsini raket zərbəsi ilə vura bilər. Nəzərə alaq ki, əksər Avropa ölkələri Ukraynaya hərbi yardım edir.

Beləcə, Rusiyanın hansısa Avropa dövlətinə müdaxiləsi isə lll Dünya Müharibəsinin başlanğıcı ola bilər.

Maraqlıdır ki, Rusiyanın son addımı ABŞ və Avropa dövlətləri tərəfindən pislənilsə də konkret heç bir hüquqi addım atılmayıb. Bu da onu göstərir ki, Qərb Rusiyanın növbəti addımlarında nələr edə biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkir. 

Ehtimallara görə yaxın günlərdə Ukrayna-Rusiya münaqişə zonasında nisbi sakitlik yaranacaq. Lakin bu sakitlik uzun sürmüyəcək. Çünki, Rusiya müharibənin qışa qədər uzanmasını istəmir. Çalışır ki, payız aylarında münaqişə Rusiyanın istədiyi sülhlə və yaxud Ukraynanın kaputulyasiyası ilə sonlansın.

Rusiyadan fəqrqli olarq Qərbsə istəyir ki, müharibə uzansın. Çünki, müharibənin uzanması həm Rusiyanı hərbi və iqtisadi cəhətdən zəiflədir, həm də ki, ölkə daxilindəki narazılıqları artırır.
Təsadüfi deyil ki, Putinin son səfərbərli qərarı Rusiyanı əməlli-başlı qarışdırdı. İlk dəfə və kütləvi şəkildə ruslar Putinə və müharibəyə qarşı çıxdılar. Halbuki, Qərb son illər milyardlarla dollar vəsait xərcləyirdi ki, Rusiya daxilində vəziyyət idarəolunmaz həddə çatsın və rejim dəyişsin. Amma Putinin səfərbərlik qərarı Qərbin bu istəyinə çatmasına xeyli yaxınlaşdırdı.

Bununla belə Qərbin Rusiyanı çökdürdüyünü demək hələ tezdir. Sadəcə Qərb həm təmas xəttində, həm də arxa cəbhədə ilk və ən böyük uğurunu qazanıb. Bu uğuru nə qədər inkişaf etdirə biləcək? Bunu artıq zaman göstərəcək.

Qeyd etdiyimiz kimi Putinin səfərbərlik qərarı Rusiyanı çətin duruma saldı. Lakin, Ukraynanın 4 ərazisinin Rusiyaya birləşdirilməsi qərarı Moskvaya əlavə imkanlar verdi. Kremli son 10 gündə itirdiyi mənəvi-psixoloji üstünlüyü və hərbi mövqeyini bu qərarıyla sığortalamaq istəyir.

Bunun üçün alternativ variantlardan da istifadə olunur. Məsələn, son vaxtlar nüvə müharibəsinin başlanacağı haqqında söhbətlər çoxalıb. Bu xəbərlər də əsasən Kremlin mətbəxində hazırlanıb, dövriyyəyə buraxılan informasiyadır. Çünki, Ukraynalılar Çeronobıl AES-dəki qəzadan sonra ən çox qorxduqları şey nüvə partlayışıdır.

Ona görə də Moskva nüvə müharibəsinin gündəmə gətirməklə Ukrayna, eyni zamanda Avropa əhalisinin bir nöx gözünü qorxuzur. Təsadüfi deyil ki, Avropa dövlətlərin adi yodun çatışmamamzlığı hiss olunur. Nüvə müharibəsi təhlükəsindən qorxan əhali apteklərə üz tutub. Bu isə artıq Moskvanın psixoloji üstünlüyüdür. 
Ümumilikdə isə Ukrayna-Rusiya cəbhəsində vəziyyət kifayət qədər gərginləşib. Havadan artıq lll Dünya Müharibəsinin qoxusu gəlir. 

Bir tərəfdən də Böyük Britaniya mətbuatı yazır ki, rusların bir nüvə gəmisi artıq bazanı tərk edib... Ötən gün isə Ukrayna sərhədlərində xeyli nüvə başlıqlı hərbi texnikanın toplaşdığı görüntülənib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin