Avqust ayında törədilən cinayətin üstü bu gün açılıb.
Bizim.Media “Haberler” nəşrinə istinadla xəbər verir ki, 6 ay əvvəl öldürülən kişinin qatilinin kimliyi məlum olub. Onu öldürən şəxs canlı yayımda cinayəti boynuna alıb.
Belə ki, verilişə ərinin qatilini tapmaq üçün müraciət edən qadın aylar sonra onu öldürdüyünü etiraf edib.
Aparıcını və tamaşaçıları şoka salan olay Türkiyənin ATV kanalında Müge Anlının aparcılığı ilə yayımlanan verilişdə yaşanıb.
Alime Toprak adlı qadın 44 yaşlı əri Ali Toprakı avqust ayında öldürdüyünü etiraf edib. O, bildirib ki, əri onu döydüyü üçün onu qətlə yetirib.
Bizim.Media