Xalq artisti Alla Puqaçovanın Rusiyanı tərk etməsi ölkəsində böyük qalmaqala səbəb olub. Sosial şəbəkələrdə sənətçinin bu addımı izləyicilər tərəfindən tənqidlə qarşılanıb.
Bizim.Media xəbər verir ki, primadonna bununla bağlı sosial şəbəkə hesabında şərh yazıb.
“Allahım! Həmişə dözə bilmədiyim insanlara nifrət etmək nə yaxşı şeydir. Məni bəyənsəydilər, bu, o demək olardı ki, mən oxuyub boşuna yaşamışam. Səbəbi aydındır. Qoy dişlərini qıcasınlar. Qulluqçu olanlar, qul olub”, - deyə Alla fikirlərini ifadə edib.
Rusiya Federasiyasının Ukraynada hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova əri və uşaqları ilə birlikdə İsrailə yollanıb. Müğənninin uşaqları, əkizləri Harri və Liza dərs ilinə Moskva məktəbində başlayıb.
Lakin sentyabrın sonunda müğənni uşaqları götürüb və geri dönüş bileti olmadan yenidən İsrailə gedib. Bundan əlavə, məlum olub ki, Puqaçeva onu və Qryaz kəndindəki qəsrini 1 milyard rubla satışa çıxarıb.
Mətbuatda müğənninin məhz daşınmaz əmlak məsələsini həll etmək üçün Rusiyaya qayıtması və ölkədə qalmaq fikrində olmadığı barədə fikirlər səslənib.
Maksim Qalkin Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na açıq şəkildə etiraz etdikdən sonra Alla Puqaçova da bir çox tanınmış şəxslərin tənqidi ilə üzləşib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:13 / 04.10.2022
Alla Puqaçova tənqidlərə CAVAB VERDİ: "Mənə o insanlar nifrət edir ki...”
Hazırda oxunan: Alla Puqaçova tənqidlərə CAVAB VERDİ: "Mənə o insanlar nifrət edir ki...”
Hazırda oxunan: Alla Puqaçova tənqidlərə CAVAB VERDİ: "Mənə o insanlar nifrət edir ki...”
97356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.