Korotçenko: “ABŞ-a 500 nüvə başlığı ilə zərbə endiriləcək” - VİDEO

Hazırda oxunan: Korotçenko: “ABŞ-a 500 nüvə başlığı ilə zərbə endiriləcək” - VİDEO

97337

“Bizi heç kəs qorxutmasın ki, Krıma və Sevostopola hücum edəcək. Cavab zərbəmiz isə yalnız ABŞ-a endiriləcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert, istefada olan polkovnik İqor Korotçenko sentyabrın 30-da yayımlanan “60 dəqiqə” verilişində səsləndirib.

“Bunu kimisə qorxutmaq üçün demirəm.  Zərbə 500 nüvə başlığı ilə həyata keçiriləcək. Qoy ABŞ buna ciddi reaksiya versin və addımlarından geri çəkilsin. Əks halda hər şey 3-cü dünya müharibəsinin başlanmasına doğru gedir”, deyə o, əlavə edib.
İqor Korotçenko Rusiya Silahlı Qüvvələrinin qarşısında duran vəzifələrdən də söz açıb:

“İlk növbədə ordumuz Rusiyanın yeni dövlət sərhədlərinə çıxmalıdır. Düzdür, bunu həyata keçirmək heç də asan məsələ deyil. Ancaq inanıram ki, bunu da sona çatdıracağıq. Çünki yeni komplektləşdirilmiş bölmələrimiz “xüsusi əməliyyat” keçirilən ərazilərə gələcək və faşist rejimi olan Kiyevə qarşı mübarizə aparacaqlar”.

Hərbi ekspert Vladimir Putinin Kremldə keçirilən son tədbirdəki çıxışına da toxunub:

“Prezident Yeni Rusiyanın (Novorossiya) adını çəkdi. Bu, o deməkdir ki, Xarkov, Nikolayev, Odessa və Dnepropetrovsk Rusiyanın tarixi torpaqlarıdır”.
“Milli Müdafiə” jurnalının baş redaktoru Zelenskinin NATO-ya qəbulla bağlı yeni müraciətindən də danışıb: “Qərb Rusiyaya qarşı yeni şantaja və təhdidə əl atacaq. Biz isə daha ayıq olmalı və ölçülü mövqedə dayanmalıyıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin