Xocavənddə kütləvi məzarlıqlarda 25 nəfərin qalıqları tapılıb – RƏSMİ  

Hazırda oxunan: Xocavənddə kütləvi məzarlıqlarda 25 nəfərin qalıqları tapılıb – RƏSMİ  

97330

“Birinci Qarabağ müharibəsi zamanı – 1990-92-ci illərdə və ondan sonrakı illərdə də bizim 4 minə yaxın vətəndaşımız əsir, girov götürülüb və itkin düşüb. Yəqin ki, onların hamısı erməni qəsbkarları tərəfindən qətlə yetirilib”.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, Qarabağın işğal altında olan əraziləri azad edildikdən sonra hissə-hissə şahid ifadələri əsasında və ya qazıntı, təmir-tikinti işləri aparılarkən təsadüfən belə sümük qalıqlarına rast gəlinir:
 

MÖVZU İLƏ BAĞLI:

Xocavənddə aşkarlanan kütləvi məzarlıq hərbçilərimizə məxsusdur


“Bunları sonradan müəyyən sxemlə, proqramla araşdırıb ekshumasiya edib çıxarırıq. İlk dövrlərdə bu işlər kortəbii şəkildə aparıldı. Ərazi buldozerlərlə qazıldı və sonradan məhkəmə-tibbi müayinəsi və son nəticədə genetik ekspertizası çətin oldu.

Bununla əlaqədar olaraq dövlət tərəfindən müəyyən göstərişlər verildi və qaydalar tətbiq edildi. Ondan sonra biz işimizi bu qaydalar çərçivəsində aparmağa başladıq.

Burada Xocavənd rayonunun Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar. Burada qazıntı işləri davam etdirilir. Hələ yekunlaşmayıb. Budur erməni xisləti”.
Ə.Həsənov qeyd edib ki, bütün qalıqlar səliqə ilə xüsusi qablara yığılaraq götürülür və hər bir ayrı-ayrılıqda ekspertizaya cəlb ediləcək:

“Hər bir qalıq nömrələnəcək, cinsi, yaşı, boyu, ölüm səbəbi, ölümün müddəti, ölümün mexanizmi müəyyən ediləcək. Daha sonra genetik ekspertizadan sonra genetik profili çıxarılacaq və itkin düşmüş şəxslərin yaxın adamlarından 3 nəfərdən genetik nümunələr götürülərək kimliyi dəqiqləşdiriləcək. Bu günə qədər ümumilikdə 25 nəfərin qalıqları tapılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin