Paşinyan Bakının 5 şərtini dərhal niyə ictimailəşdirdi? – Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: Paşinyan Bakının 5 şərtini dərhal niyə ictimailəşdirdi? – Fərhad Məmmədovun ŞƏRHİ

97308

Azərbaycan Ermənistan qarşısında beş əsas tələb qoyur. Bakı Qarabağdakı separatçı “ordu”nun buraxılmasını; Qarabağı heç bir status olmadan Azərbaycanın bir hissəsi kimi tanımağı; Zəngəzur dəhlizinin açılmasını; 1919 və ya 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesinin başladılmasını (konkret hansı xəritədən söhbət getdiyi məlum deyil); itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini tələb edir.

Bu tələblərlə bağlı iddianı Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbəri olduğu "Haykakan Jamanak” qəzeti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın SON GÜNLƏRİ – “4 ildə 5 dəfə Müdafiə naziri dəyişdirilib” – Fərhad Məmmədov


Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalıdır.

Görəsən, Paşinyan Bakının 5 tələbini niyə dərhal ictimailləşdirib? Bununla nə məqsəd güdür?

Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, Paşinyanın Azərbaycanın 5 tələbini ictimailəşdirməsi cəmiyyəti prosesə hazırlamaq məqsədi güdür:

“Paşinyanın həyat yoldaşının rəhbərlik etdiyi qəzetdə çıxan məqalədə deyilir ki, bu Azərbaycanın son iki il ərzində Ermənistan tərəfinə verdiyi tələblərdir. Görünən odur ki, bu tələbləri Paşinyan ölkəsi üçün ağır tələblər kimi nümayiş etdirir. Artıq hiss edirik ki, bir neçə məsələdə müəyyən kompromislər var.

Məsələn, kommunikasiyalar üzərində suverenliyin təmin edilməsi və sərhədlərlə bağlı məsələdə müəyyən dərəcədə ümumi metodoloji baza formalaşdırılıb.

Paşinyan da bunu Ermənistan cəmiyyətinə Azərbaycanın çox ağır tələbləri kimi təqdim edir ki, daha sonra sülh prosesində ola biləcək çox cüzi nailiyyətlərini özünün böyük bir nəticəsi kimi ölkə ictimaiyyətinə nümayiş etdirə bilsin.
Yəni Paşinyan şərtləri indidən açıqlamaqla onu nümayiş etdirmək istəyir ki, Bakının ağır tələbləri qarşısında onu yumşaldan nəticələrə imza ata bilər. Bunu cəmiyyəti prosesə hazırlamaq kimi də izah etmək olar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin