Xəbər veridiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 26-da verdiyi sərəncama əsasən Rəşad Nəbi oğlu Nəbiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyin edilib.
Bizim.Media-nın məlumatına görə, Rəşad Nəbi oğlu Nəbiyev 1977-ci il avqustun 26 -da anadan olub.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Nəbiyev nazir təyin edildi – SƏRƏNCAM
1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək, 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.
O, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində faəliyyət göstərib.
2011-ci il 24 yanvardan Azərkosmos ASC-nin sədri postunu icra edib.
Bizim.Media